İdman

Azərbaycanın daha bir güləşçisi dünya çempionu oldu

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı başa çatıb.

Qol.az xəbər verir ki, yarışın son günündə Azərbaycan sərbəst güləşçisi Osman Nurməhəmmədov final görüşünə çıxıb.

92 kq çəki mübarizə aparan idmançımız həlledici görüşdə Rusiya təmsilçisi Azamat Zakuyevə 4:2 hesabı ilə qalib gəlib. Bununla da o, mundialda Azərbaycana 3-cü qızıl medalı qazandırıb. Buna qədər Həsrət Cəfərov və Əliabbas Rzazadə də ilk pillənin sahibi olmuşdu.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button