İdman

Azərbaycanın daha 3 paracüdoçusu qızıl medal qazanıb

Tokio-2020 Yay Paralimpiya Oyunları davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün paracüdo yığmamızın üç təmsilçisi tatamı üzərinə çıxıb.
“Neftçi İdman Klubu”nun yetirməsi olan hər üç idmançı yarışa 1/4 finaldan başlayıb və çıxışını qələbə ilə başa vurub. Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq) və Hüseyn Rəhimli (81 kq) bütün rəqiblərinə qalib gələrək Paralimpiya çempionu tituluna yiyələniblər.
Bununla da millimizin aktivindəki medalların sayı 8-ə çatıb. Onlardan 6-sı qızıl, 2-si bürünc mükafatdır.
Kişilər81 kqHüseyn Rəhimli 1/4 finalda Daniel Povell (Böyük Britaniya), yarımfinalda Min Li (Cənubi Koreya) ilə üz-üzə gəlib. Hər iki qarşılaşmada rəqibini məğlub edən təmsilçimiz həlledici görüşdə qüvvəsini sınayacaq. O, çempionluq üçün özbəkistanlı Davurxon Karomatovu sınağa çəkib. Ardıcıl üçüncü görüşdən qalib ayrılan həmyerlimiz Paralimpiadanı birinci yerdə bitirib.
Qadınlar57 kqSevda Vəliyeva Dayana Fedossova (Qazaxıstan) və Zeynep Çeliki (Türkiyə) mübarizədən kənarlaşdırıb. O, bu qələbələrlə qızıl medal uğrunda döyüşə vəsiqə qazanıb. Vəliyeva həlledici görüşdə Parvina Samandarovanı (Özbəkistan) sınağa çəkib. Paracüdoçumuz uğurlu seriyanı davam etdirərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
63 kqXanım Hüseynova ilk iki görüşdə qələbə qazanaraq finala yüksəlib. O, öncə yaponiyalı Hiroko Kudonu, ardınca çinli Yue Vanqı rəqibini məğlub edib. Təmsilçimizin finaldakı rəqibi İrina Husiyeva (Ukrayna) olub. Hüseynova bu dueldən də qalib ayrılaraq, qızıl medala sahib olub.
Qeyd edək ki, daha öncə paracüdoçularımızdan Şəhanə Hacıyeva (48 kq) ilə Vüqar Şirinli (60 kq) qızıl, Namiq Abaslı (66 kq) bürünc medal qazanıb. Həmçinin üzgüçü Roman Saleh (100 m, arxası üstə üzmə) 1-ci, pauerliftinqçi Pərvin Məmmədov (49 kq) 3-cü yeri tutub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button