İqtisadiyyat

Azərbaycanın cari əməliyyatlar hesabının profisiti bu il ÜDM-in 7,8%-nə çatacaq

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən bu il Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 7,8% təşkil edəcək.
“APA-Economics”in fondun “World Economıc Outlook” hesabatının oktyabr buraxılışına istinadən verdiyi məlumata görə, 2022-ci ildə isə bu göstəricinin ÜDM-in 7,7% bərabər olacağı güman edilir.
Qeyd edək ki, Dünya Bankının son proqnozuna görə, bu il Azərbaycanın cari əməliyyatlar hesabında ÜDM-in 6,9% səviyyəsində profisit yaranacaq. 2022-ci ildə profisit 6,4%, 2023-cü ildə isə 4,5% təşkil edəcək.
Xatırladaq ki, Bu ilin birinci yarısında Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 1 878,4 mln. ABŞ dolları və ya ÜDM-nin 8%-ni təşkil edib. 2020-ci il üzrə cari əməliyyatlar hesabının kəsiri 227,6 mln. dollar və ya ÜDM-nin 0,5%-ni təşkil edib. (2019-cu ildə 4,4 mlrd. dollar profisit olub).

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button