İqtisadiyyat

Azərbaycanın cari əməliyyatlar hesabında ÜDM-nin 8%-dək qalıq yaranıb

Bu ilin birinci yarısında Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 1 878,4 mln. ABŞ dolları və ya ÜDM-nin 8%-ni təşkil edib.
“APA-Economics”in Mərkəzi Bankın məlumatlarına istinadən verdiyi məlumata görə, neft-qaz sektoru üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 40,7% artaraq 4,6 mlrd. dollar, qeyri-neft sektoru üzrə cari əməliyyatlar hesabı kəsiri isə 1,8% artaraq 2,7 mlrd. dollar məbləğində olub.
Qeyd edək ki, 2020-ci il üzrə cari əməliyyatlar hesabının kəsiri 227,6 mln. dollar və ya ÜDM-nin 0,5%-ni təşkil edib. (2019-cu ildə 4,4 mlrd. dollar profisit olub).

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button