İqtisadiyyat

“Azərbaycanın bu il TDƏŞ ölkələri ilə ticarət dövriyyəsi 2,6 mlrd. dollar olub”

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv olan ölkələr və Macarıstanla olan ticarət dövriyyəsinin həcmi 2,6 mlrd. dollar olub.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən TDƏŞ-in iqtisadiyyat nazirlərinin 10-cu görüşündə çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu, Azərbaycanın xarici ticarət dövriyyəsindəki payının 15%-ni təşkil edib.
“Bununla yanaşı, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin yanvar-iyul aylarında TDƏŞ ölkələri və Macarıstana qeyri-neft ixracı 75% artıb”, – deyə nazir qeyd edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button