İqtisadiyyat

Azərbaycanın bank sektorunun aktivləri ilin əvvəlindən 4,3% artıb

Azərbaycanda 31 avqust 2021-ci il tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 33 426,7 mln. manat, cəmi öhdəlikləri 28 613 mln. manat, balans kapitalı isə 4 813,7 mln. manat təşkil edib.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, aylıq müqayisədə cəmi aktivlər 0,7% azalıb, ilin əvvəli ilə müqayisədə 4,3%, illik müqayisədə isə 7,6% artıb.
Bank sektorunun cəmi öhdəlikləri son bir ayda 1% azalıb, ilin əvvəlindən 4,6%, illik müqayisədə isə 8,6% artıb.
Cəmi kapital aylıq müqayisədə 1%, ilin əvvəlindən 2,4%, illik müqayisədə isə 2,1% artıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button