İqtisadiyyat

Azərbaycanın bank sektorunun aktivləri ilin əvvəlindən 3,2% artıb

Azərbaycan bank sektorunun cəmi aktivləri ilin əvvəlindən 3,2% artaraq cari il iyulun 1-nə 33 069,9 mln. manat təşkil edib. Son bir ildə isə bankların aktivləri 8,3% artıb.
“APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bankın hesabatına əsasən, müştərilərə verilən kreditlərin həcmi son bir ayda 3,4% artaraq 14 856,9 mln. manat təşkil edib. Son bir ildə bu göstərici 4,8%, ilin əvvəlindən isə 5%-dək artıb.
Bank sektorunun cəmi öhdəlikləri son bir ayda 5,7% artaraq cari il iyulun 1-nə 28 220,1 mln. manat təşkil edib. Öhdəliklərin 22 125,0 mln. manatını depozitlər (maliyyə institutları istisna olmaqla) əhatə edib.
Bildirək ki, depozitlərin 8 270,7 mln. manatı fiziki şəxslərin depozitlərinin payına düşüb.
AMB-nin banklara qarşı tələbləri ilin əvvəlindəki 374,4 mln. manatdan iyunun 1-nə 371,1  mln. manata enib.
Məlumata əsasən, cari il iyulun 1-nə bank sektorunun cəmi kapitalı 4 849,8 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 3,2% çoxdur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button