İqtisadiyyat

Azərbaycanın bəzi qeyri-neft məhsullarının Yaponiyaya ixracına dair ilkin razılıqlar əldə olunub

Son iki ildə yapon investorlarının təsis etdiyi “TET International Development” şirkəti Zaqatala, Oğuz, Şəki və Tovuz rayonlarında 4 tütün emalı müəssisəsi açaraq ümumilikdə 10 mln. ABŞ dollardan çox investisiya yatırıb.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Yaponiya investisiya forumunda çıxış edərkən Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Prezidenti Məmməd Musayev deyib.
Onun sözlərinə görə, Yaponiya şirkətləri Azərbaycanda neft-qaz və energetika sənayesində aktiv fəaliyyətə, ölkədə kommunikasiyaların yenidən qurulması və təchizatı, ekologiya, infrastruktur, Azərbaycan mütəxəssislərinin təlimi və s. sahələrdə yaxından iştirak edirlər: “Bu il sentyabrın əvvəlində yapon investorlarının ilk qrupu ölkəmizə biznes səfəri edib. Azərbaycan Sahibkarlar Konfederasiyası onları ölkəmizin investisiya imkanları ilə tanış edib və Şəki, Zaqatala rayonlarında keçirilən görüşlərin təşkilinə dəstək verib. Görüşlərin nəticəsi olaraq, bəzi qeyri-neft sektoru məhsullarının Yaponiyaya ixracı barədə ilkin razılıqlar əldə olunub”.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button