İqtisadiyyat

Azərbaycanın Aİ ilə müsbət ticarət saldosu 65% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 8,473 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 35,8% çoxdur.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın Aİ-yə ixracı 7,020 mlrd. dollar, idxalı isə 1,453 mlrd. dollar təşkil edib. İllik müqayisədə ixrac 46%, idxal isə 1,5% artıb.
Nəticədə, cari ilin səkkiz ayında Azərbaycanın Aİ ilə 5,566 mlrd. dollarlıq müsbət ticarət saldosu yaranıb ki, bu da illik müqayisədə 64,8% çoxdur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button