İqtisadiyyat

Azərbaycanın 70 müəssisəsinin Rusiyaya alma ixrac etməsinə icazə verilib

Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.
AQTA-dan “APA-Economis”ə verilən məlumata görə, həyata keçirilən birgə tədbirlərin nəticəsi və Agentliyin zəmanəti əsasında “Rosselxoznadzor” tərəfindən 30 sentyabr tarixindən daha 5 alma istehsalı müəssisəsindən bu ölkəyə alma ixracına icazə verilib.
Qeyd edək ki, bu günə qədər Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən ümumilikdə 70 alma istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Rusiya Federasiyasına alma ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 153397 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 66924 ton alma məhsulunun 229 %-i həcmindədir.
***
17.38
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) sentyabrın 30-dan etibarən Azərbaycanın daha beş müəssisəsinə Rusiyaya alma tədarük etməyə icazə verib.
“APA-Economics”in “Rosselxoznadzor”a istinadən verdiyi məlumata görə, qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti ilə verilib.
Beləliklə, hazırda ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən Azərbaycanın 70 alma istehsalı müəssisəsinə Rusiyaya məhsul ixracına icazə verilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button