İdman

Azərbaycanın 36 cüdoçusu Antalyaya yollanır

Azərbaycanın cüdo üzrə qadın və kişilərdən ibarət milli komandaları Türkiyənin Antalya şəhərindəki beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək.

Hazırlıq prosesi Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə 9 – 14 yanvarda gerçəkləşəcək.

24 kişi və 12 qadın idmançı yanvarın 8-də Antalyaya yola düşəcək. Kişilərdən ibarət yığmaya baş məşqçi Mövlud Mirəliyev, qadınlardan ibarət komandaya isə baş məşqçi Rəşad Məmmədov rəhbərlik edəcək.

Toplanışa Türkiyə, Niderland, Belçika, Fransa, Yunanıstan, BƏƏ, Gürcüstan və digər ölkələr də qatılacaq.

Xatirladaq ki, milli yanvarın 27-si Portuqaliyanın Odivelas şəhərinəki Qran Priyə və fevralın 3-də isə Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqəyə yollanacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button