Cəmiyyət

“YAŞAT” Fonduna müraciətlərin sayı açıqlanıb

8 yanvar 2021-ci il tarixində “YAŞAT” Fondunun yashat.gov.az portalı istifadəyə verilib. Həmin tarixdən Fondun 8110 Çağrı Mərkəzi fəaliyyətə başlayıb. Bu günə qədər Çağrı Mərkəzinə 82 mindən çox vətəndaş zəngi daxil olub, şəhidlərin ailə üzvlərinin və yaralıların ümumilikdə 15 minə yaxın müraciəti qeydiyyata alınaraq aidiyyati üzrə yönləndirilib.

Fonddan APA-ya verilən məlumata görə, bunların 5000-ə yaxını şəhidlərin ailə üzvlərinin, 9000-dən çoxu isə yaralıların müraciətləridir.

8110 Çağrı Mərkəzinə zənglər tam ödənişsizdir.

“YAŞAT” Fondu ölkə Prezidentinin 8 dekabr 2020-ci il tarixli 1203 nömrəli Fərmanına əsasən yaradılıb. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button