İdmanManşet

Azərbaycanın 31 idmançısı vidalaşıb, 13-ü startı gözləyir

Azərbaycan millisinin daha dörd idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.
Apasport.az saytının məlumatına görə, bu gün iki idmançımız mübarizəyə qoşulub, ikisi isə bir gün öncə qoşulduğu yarışa davam edib.
Onlardan biri atlet Nazim Babayevdir. O, final mərhələsinə yüksələ bilməyərək Yaponiya paytaxtını tərk edib.
Xalça üzərinə çıxan üç güləşçimizin nəticələri fərqli olub. Yarışa bu gün qatılan yunan-Roma güləşçisi İslam Abbasov ilk görüşdə uduzub, rəqibinin də sonradan büdrəməsi idmançımız üçün medal şansının bitməsi ilə nəticələnib.
Bir gün öncə qızıl uğrunda mübarizəni dayandıran Rafiq Hüseynov təsəlliverici görüşdə qələbə ilə bürünc uğrunda qarşılaşmaya çıxıb. Xalçanı qələbə ilə tərk edən güləşçimiz Azərbaycana Tokio-2020-də üçüncü bürünc medalı qazandırıb. Onadək cüdoçu İrina Kindzerska və boksçu Alfonso Dominqes də eyni əyarlı mükafat əldə edib.
Dünənki ilk qarşılaşmasında uduzan Elis Manolova rəqibi sayəsində təsəlliverici görüşə vəsiqə qazansa da, yenə də məğlubiyyətlə üzləşib. İki yenilgi onun üçün də Olimpiadanı başa çatdırıb.
Bununla da Olimpiadaya qatılan idmançı heyətindən mübarizəni dayandıranların sayı 31-ə çatıb. Təmsilçilərimizdən 13-ü startı gözləyir. Qeyd edək ki, yığmamız Olimpiadaya 44 idmançı ilə qatılıb.
1. Kəramət Hüseynov (cüdo, 60 kq) – 1/8 finalda uduzub2. Aişə Qurbanlı (cüdo, 48 kq) – 1/16 finalda uduzub3. Elçin Əsədov (velosiped idmanı, şosse velosipedi) – finişə çata bilməyib4. Maksim Şemberev (üzgüçülük, 400 m qarışıq) – 26-cı yer5. Məryəm Şeyxəlizadəxangah (üzgüçülük, 100 m batterflyay) – 30-cu yer6. Tayfur Əliyev (boks, 57 kq) – 1/16 finalda uduzub7. Lorenzo Sotomayor (boks, 69 kq) – 1/16 finalda uduzub8. İvan Tixonov (idman gimnastikası, kişilər çoxnövçülük) – 45-ci yer9. Marina Nekrasova (idman gimnastikası, qadınlar çoxnövçülük) – 70-ci yer10. Orxan Səfərov (cüdo, 66 kq) – 1/16 finalda uduzub11. Emin Cəfərov (stend atıcılığı, skit) –26-cı yer12. Anna Başta (qılıncoynatma, sablya) – 1/8 finalda uduzub13. Fəridə Əzizova (taekvondo, 67 kq) – 1/8 finalda uduzub14. Milad Beiqi Harçeqani (taekvondo, 80 kq) – 1/4 finalda uduzub15. Rostislav Pevtsov (triatlon) – 41-ci yer16. Rüstəm Orucov (cüdo, 73 kq) – 5-ci yer17. Murad Fətiyev (cüdo, 81 kq) – 1/8 finalda uduzdu18. Məmmədəli Mehdiyev (cüdo, 90 kq) – 1/8 finalda uduzub19. Edi Reski Dviçahyo (badminton) – qrupda qalıb 20. Məhəmməd Abdullayev (boks, +91 kq) – 1/8 finalda uduzub21. Zelim Kotsoyev (cüdo, 100 kq) – 1/8 finalda uduzub22. Uşanqi Kokauri (cüdo, +100 kq) – 1/8 finalda uduzub23. İrina Kindzerska (cüdo, +78 kq) – bürünc medal qazanıb24. Cavid Çələbiyev (boks, 63 kq) – 1/8 finala uduzub25. Anna Skidan (atletika, çəkicatma) – 16-cı yer26. Alfonso Dominqes (boks, 81 kq) – bürünc medal qazanıb27. Ruslan Lunyov (güllə atıcılığı) – kiçikçaplı tapançadan atəşaçmada 10 m məsafədən 574 xalla 20-ci yer; 25 m məsafədən 567 xalla 21-ci yer28. Elis Manolova (qadın güləşi, 68 kq) – təsəlliverici qarşılaşmada uduzub29. Rafiq Hüseynov (yunan-Roma güləşi, 77 kq) – bürünc medal qazanıb30. Nazim Babayev (atletika, üç təkanla tullanma) – 15-ci yer31. İslam Abbasov (yunan-Roma güləşi, 87 kq) – 1/8 finalda uduzub32. Yelizaveta Luzan, Darya Sorokina, Nərminə Səmədova, Ləman Əlimuradova, Zeynəb Hümmətova (bədii gimnastika, qrup çoxnövçülük)33. Zöhrə Ağamirova (bədii gimnastika, çoxnövçülük)34. Turan Bayramov (sərbəst güləş, 74 kq)35. Hacı Əliyev (sərbəst güləş, 65 kq)36. Mariya Stadnik (qadın güləşi, 50 kq)37. Şərif Şərifov (sərbəst güləş, 97 kq)38. Firdovsi Fərzəliyev (karate, 67 kq)39. Rafael Ağayev (karate, 75 kq)40. İrina Zaretska (karate, +61 kq)

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button