İdman

Azərbaycanın 3 idmançısı mübarizə aparacaq

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.
Apasport.az saytının məlumatına görə, avqustun ilk günündə 25 dəst medal sahibini tapacaq.
Azərbaycan yığmasının üç idmançısı da mübarizə aparacaq. Bugünkü çıxış onlar üçün fərqli xarakter daşısa da, hər üç təmsilçimiz final arzusunda olacaq.
Atletika yığmamız Tokioda Anna Skidanla debüt edəcək. Çəkicatanımız yarışdakı startını təsnifat mərhələsində gerçəkləşdirəcək. O, final mərhələsinə yüksələnlər sırasına düşməyə çalışacaq.
Güllə atıcısı Ruslan Lunyov da təsnifat mərhələsində mübarizə aparacaq. O, Yaponiyadakı ikinci startında finalçılar sırasında olmaq üçün atəş açacaq.
Onlardan fərqli, artıq medalı təmin edən boksçumuz Alfonso Dominqes yarımfinal döyüşündə gücünü sınayacaq. O, Olimpiadalar tarixində finala çıxan ikinci boksçumuz olmaq üçün kubalı Arlen Lopesi yenməlidir. Boksçumuz qalib gəlsə ən azı ilk gümüşü təmin edəcək. O, uduzsa isə yığmamızın Tokioda ikinci bürüncü rəsmiləşəcək.
1 avqust03:30. Güllə atıcılığı, kişilər. 25 m məsafədən pnevmatik tapança ilə atəş açma. Təsnifat mərhələsi. Ruslan Lunyov04:10. Atletika, qadınlar. Çəkicatma, təsnifat mərhələsi. Anna Skidan13:51. Boks, kişilər. 81 kq, yarımfinal. Alfonso Dominqes – Arlen Lopes (Kuba)

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button