İdman

Azərbaycanın 26 idmançısı mübarizəni dayandırıb, 17-si startı gözləyir

Azərbaycan millisinin daha iki idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.
Apasport.az saytının məlumatına görə, çəkicatmada mübarizə aparan millimizin üzvü Anna Skidan təsnifat mərhələsində iki qrupun çıxışından sonra 16-cı yeri tutaraq, yarışla vidalaşıb.
Boksçumuz Alfonso Dominqes yarımfinalda kubalı Arlen Lopesə məğlub olaraq, finala vəsiqə qazana bilməyib. Dominqes Azərbaycan yığmasının heyətində ikinci bürünc mükafatçı olub.
Azərbaycanın güllə atıcısı Ruslan Lunyov 25 m məsafədən atəş açmada təsnifat mərhələsinin ilk gününü 27 idmançı arasında 24-cü yerdə bitirib. Lunyov sabah ikinci təsnifat yarışına çıxacaq.
Bununla Olimpiya Oyunlarında çıxışını başa vuran idmançılarımızın sayı 26-ya çatıb. Yığmamızın 1 təmsilçisi mübarizəni davam etdirirsə, 17 idmançımız startı gözləyir. 
Qeyd edək ki, yığmamız Olimpiadaya 44 idmançı ilə qatılıb.
1. Kəramət Hüseynov (cüdo, 60 kq) – 1/8 finalda uduzub2. Aişə Qurbanlı (cüdo, 48 kq) – 1/16 finalda uduzub3. Elçin Əsədov (velosiped idmanı, şosse velosipedi) – finişə çata bilməyib4. Maksim Şemberev (üzgüçülük, 400 m qarışıq) – 26-cı yer5. Məryəm Şeyxəlizadəxangah (üzgüçülük, 100 m batterflyay) – 30-cu yer6. Tayfur Əliyev (boks, 57 kq) – 1/16 finalda uduzub7. Lorenzo Sotomayor (boks, 69 kq) – 1/16 finalda uduzub8. İvan Tixonov (idman gimnastikası, kişilər çoxnövçülük) – 45-ci yer9. Marina Nekrasova (idman gimnastikası, qadınlar çoxnövçülük) – 70-ci yer10. Orxan Səfərov (cüdo, 66 kq) – 1/16 finalda uduzub11. Emin Cəfərov (stend atıcılığı, skit) –26-cı yer12. Anna Başta (qılıncoynatma, sablya) – 1/8 finalda uduzub13. Fəridə Əzizova (taekvondo, 67 kq) – 1/8 finalda uduzub14. Milad Beiqi Harçeqani (taekvondo, 80 kq) – 1/4 finalda uduzub15. Rostislav Pevtsov (triatlon) – 41-ci yer16. Rüstəm Orucov (cüdo, 73 kq) – 5-ci yer17. Murad Fətiyev (cüdo, 81 kq) – 1/8 finalda uduzdu18. Məmmədəli Mehdiyev (cüdo, 90 kq) – 1/8 finalda uduzub19. Edi Reski Dviçahyo (badminton) – qrupda qalıb 20. Məhəmməd Abdullayev (boks, +91 kq) – 1/8 finalda uduzub21. Zelim Kotsoyev (cüdo, 100 kq) – 1/8 finalda uduzub22. Uşanqi Kokauri (cüdo, +100 kq) – 1/8 finalda uduzub23. İrina Kindzerska (cüdo, +78 kq) – bürünc medal qazanıb24. Cavid Çələbiyev (boks, 63 kq) – 1/8 finala uduzub25. Anna Skidan (atletika, çəkicatma) – 16-cı yer26. Alfonso Dominqes (boks, 81 kq) – bürünc medal qazanıb27. Ruslan Lunyov (güllə atıcılığı) – 10 m məsafədən 574 xalla 20-ci yer; 25 m məsafəyə kiçikçaplı tapançadan atəşaçma28. Nazim Babayev (atletika, üç təkanla tullanma)29. Yelizaveta Luzan, Darya Sorokina, Nərminə Səmədova, Ləman Əlimuradova, Zeynəb Hümmətova (bədii gimnastika, qrup çoxnövçülük)30. Zöhrə Ağamirova (bədii gimnastika, çoxnövçülük)31. Turan Bayramov (sərbəst güləş, 74 kq)32. İslam Abbasov (yunan-Roma güləşi, 87 kq)33. Elis Manolova (qadın güləşi, 68 kq)34. Rafiq Hüseynov (yunan-Roma güləşi, 77 kq)35. Hacı Əliyev (sərbəst güləş, 65 kq)36. Mariya Stadnik (qadın güləşi, 50 kq)37. Şərif Şərifov (sərbəst güləş, 97 kq)38. Firdovsi Fərzəliyev (karate, 67 kq)39. Rafael Ağayev (karate, 75 kq)40. İrina Zaretska (karate, +61 kq)

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button