İdman

Azərbaycanın 2 idmançısı mübarizəyə başlayacaq

Bu gün Azərbaycanın daha iki yığması Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
Apasport.az saytının məlumatına görə, sərbəst güləş və karate millilərimizin ilk təmsilçiləri gücünü sınayacaq.
1/8 finaldan yarışa start verəcək Turan Bayramov medal şansını sabaha saxlamağa çalışacaq. Karateçi Firdovsi Fərzəliyev isə günü medalla tamamlamağa çalışacaq. O, qrup mərhələsindən yarışa başlayacaq.
Qeyd edək ki, millimiz bunadək üç bürünc medal qazanıb. İrina Kindzerska (+78 kq) cüdoda, Alfonso Dominqes (81 kq) boksda, Rafiq Hüseynov (77 kq) yunan-Roma güləşində medal əldə edib.
5 avqust06:30. Sərbəst güləş, kişilər. 74 kq. 1/8 final. Turan Bayramov – Vasil Mixaylov (Ukrayna)07:05. Karate, kişilər. Kumite, 67 kq. A qrupu. Firdovsi Fərzəliyev – Eray Şamdan (Türkiyə)Karate, kişilər. Kumite, 67 kq. A qrupu. Firdovsi Fərzəliyev – Naoto Saqo (Yaponiya) Karate, kişilər. Kumite, 67 kq. A qrupu. Firdovsi Fərzəliyev – Darxan Assadılov (Qazaxıstan)Karate, kişilər. Kumite, 67 kq. A qrupu. Firdovsi Fərzəliyev – Əli Əlsavi (Misir)

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button