Cəmiyyət

Azərbaycanın Əməkdar rəssamı həbsdən azad edildi – yenilənib

Əməkdar rəssam Rəşad Ələkbərov həbsdən azad edilib. Bu barədə R.Ələkbərovun vəkili Adəm Məmmədov bildirib. “Əməkdar rəssam Rəşad Ələkbərovun həbsdən azad olunması ilə bağlı tərəfimizdən verilmiş vəsatət təmin edildi”, – o qeyd edib.

Xatırladaq ki, bu gün R.Ələkbərovun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda vəsatət təmin edilib və R.Ələkbərov azadlığa buraxılıb.

***

Azərbaycanın Əməkdar rəssamı Rəşad Ələkbərov həbs edilib.

Bu barədə vəkil Adəm Məmmədov məlumat yayıb.

O bildirib ki, İmadəddin Nəsiminin 16 metr hündürlüyə malik heykəlini hazırlayan Ələkbərov Rəşad Böyükağa oğlu Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

“Az ağır cinayətlə ittiham olunmasına, ibtidai istintaq orqanının çağırışlarından yayınmamasına baxmayaraq, bu gün barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib”, – vəkil deyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button