Mədəniyyət

Azərbaycanı “Avroviziya-2022”də təmsil edəcək müğənninin adı açıqlanıb

Azərbaycanı “Avroviziya-2022” mahnı müsabiqəsində təmsil edəcək müğənninin adı açıqlanıb.

Bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanı İtaliyanın Turin şəhərində “Səs Azərbaycan” müsabiqəsinin qalibi, ifaçı Nadir Rüstəmli təmsil edəcək.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, tanınmış bəstəkar İsa Məlikov bildirib ki, seçim üçün 300-dən çox mahnı təqdim edilib: “Hər zaman olduğu kimi, janrdan asılı olmayaraq, gözəl və peşəkar mahnı axtarmağa çalışırıq. Özümüzə sadiq qalaraq, mahnı seçimində bu il də ilk növbədə onun ifaçının səsi və ifa tərzi ilə nə dərəcədə uzlaşacağına önəm verəcəyik. Seçim prosesi mart ayının 2-ci həftəsində başa çatacaq və mahnı elan olunacaq”.

Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı “The sound of beauty” (“Gözəlliyin səsi”) olan “Avroviziya-2022” mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 10 və 12-də, final mərhələsi isə mayın 14-də “PalaOlimpico”da baş tutacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button