İqtisadiyyat

Azərbaycandan Rusiyaya dəmir yolu ilə meyvə-tərəvəz ixracına dair icazənin müddəti uzadılıb

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan Rusiyaya dəmir yolu vaqonları ilə alma və pomidor tədarükünə dair icazə 2022-ci ilin aprelin 1-dək uzadılıb.
“APA-Economics” “Rosselxoznadzor”un yaydığı məlumata istinadən xəbər verir ki, bu qərar “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvertlə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlı arasında aparılan danışıqların nəticələrinə əsasən qəbul edilib.
Qeyd olunan tarixdən sonra konteyner daşımalarına keçid təmin ediləcək.
Elmi və texniki əməkdaşlığı müzakirə edərkən, Azərbaycan tərəfi meyvə-tərəvəz məhsullarının dezinfeksiya edilməsinin ən təsirli yolları ilə əlaqədar Azərbaycanda məsləhətləşmələr aparmaq xahişi ilə “Rosselxoznadzor”a müraciət edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button