İqtisadiyyat

Azərbaycandan Pakistana aqrar məhsulların ixracına dair işlərə başlanılıb

Azərbaycandan Pakistana kənd təsərrüfatı məhsullarını ixrac etmək, eyni zamanda Azərbaycanda yüngül sənaye və əczaçılıq sahələrində birgə müəssisələr yaradılması üçün işlərə başlanılıb.
Azərbaycan Sahibkarlar Konfederasiyasından “APA-Economics”ə verilən məlumata görə, bunu Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatasının prezidenti Xürrəm Bhatti Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevlə görüşü zamanı deyib.
Palata rəhbəri 2021-ci ilin sonuna qədər Azərbaycandan Pakistana bir, Pakistandan Azərbaycana isə iki biznes heyətinin səfərinin planlaşdırıldığını söyləyib.
Qeyd olunub ki, tərəflər əməkdaşlıq memorandumu imzalamaq barədə razılığa gəliblər.
X. Bhatti Azərbaycanın yerləşdiyi coğrafi mövqe və iqtisadi potensiala uyğun olaraq, Pakistanın qonşu ölkələrə çıxışı üçün regional mərkəz rolunu oynaya biləcəyini qeyd edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button