İqtisadiyyat

Azərbaycandakı özəl şirkətlər ötən il 21,6 milyard manat gəlir əldə edib

2021-ci ildə Azərbaycanda fəaliyyət göstərən özəl sahibkarlıq subyektləri malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsindən 21,6 mlrd. manat gəlir əldə edib. Bu, illik müqayisədə 29% çoxdur.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, sözügedən məbləğ qaytarılan mallar və ticarət güzəştləri nəzərə alınmaqla, ƏDV və aksiz vergisi isə çıxılmaqla hesablanıb.

Ötən il özəl bizneslər təkcə malların ixracından və qeyri-rezidentlərə göstərilmiş xidmətlərdən 345,7 mln. manat qazanıb ki, bu da illk müqayisədə 37% azdır.

Qeyd edək ki, özəl sahibkarlıq obyektləri 2021-ci ildə pərakəndə ticarət şəbəkəsində 8,6 mlrd. manatlıq mal satıblar ki, bu da illik müqayisədə 27% çoxdur. Topdansatış ticarət dövriyyələri isə 16,4 mlrd. manata bərabər olub ki, bu da illik müqayisədə 31% çoxdur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button