İqtisadiyyat

Azərbaycandakı fərdi sahibkarların sayı açıqlanıb

Bu il oktyabrın 1-i vəziyyətinə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1,142 milyonu keçib.
“APA-Economics”in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Qeyd olunur ki, oktyabrın 1-i vəziyyətinə ölkədə sahibkarların sayı 1 142 511-ə çatıb.
Hesabat dövründə hər dörd fərdi sahibkardan üçü “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (384 020 sahibkar və ya ümumi sahibkarların 33,6%-i), “Ticarət; nəqliyyat
vasitələrinin təmiri” (238 987 – 20,9%), “Nəqliyyat və anbar təsərrüfatı” (126 679 – 11,1%) və “Digər sahələrdə xidmətlərin göstərilməsi” (115 314 – 10,1%) sahələri üzrə qeydiyyatdan keçib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button