İqtisadiyyat

Azərbaycandakı BOKT-ların xalis mənfəəti kəskin azalıb, cəmi aktivləri artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) 5,6 mln. manat xalis mənfəət, 19 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalarına görə, illik müqayisədə BOKT-ların xalis mənfəəti 46,7%, əməliyyat mənfəəti isə 10,8% azalıb.
Hesabat dövründə sözügedən kredit təşkilatlarının xalis faiz gəliri 44,4 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 6,7% çoxdur.
Qeyd edək ki, 2021-ci ilin oktyabrın 1-nə ölkədəki BOKT-ların cəmi aktivləri 358,9 mln. manat, cəmi öhdəlikləri 208,9 mln. manat cəmi kapitalı isə 150 mln. manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə müvafiq olaraq 13,5%, 19,4% və 6,1% artıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button