İqtisadiyyat

Azərbaycandakı BOKT-lar ilin ilk yarısını zərərlə başa vurub

Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) 0,7 mln. manat xalis zərər edib.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, BOKT-lar ötən ilin eyni dövrünü 8,3 mln. manatlıq xalis mənfəətlə başa vurmuşdu. 2021-ci ilin yanvar-mart aylarını 2,1 mln. manatlıq xalis mənfəətlə yekunlaşdıran BOKT-lar, təkcə aprel-iyun aylarında 2,8 mln. manatlıq xalis zərərlə üzləşib.
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaların ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artırılması (88,1%) və 11,1 mln. manata çatdırılması nəticədə zərərin yaranmasına səbəb olub.
Qeyd edək ki, iyulun 1-nə BOKT-ların cəmi aktivləri illik ifadədə 0,9% azalaraq 331,5 mln. manat, cəmi öhdəlikləri 2,4% azalaraq 191 mln. manat, cəmi kapitalı isə 1,2% artaraq 140,5 mln. manat olub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button