Cəmiyyət

Azərbaycanda yol qəzalarında üç nəfər xəsarət alıb

Bakıda ağır yol qəzası baş verib.
“Report” xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Qədirov Elçin Həmdi oğlu xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb, həkim müayinəsindən sonra ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diqanozu qoyulub.
Digər hadisə paytaxtın Nərimanov rayonunda baş verib. İki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Mustafayev Amil Qiyas oğlu yaralanıb. Xəstəxanaya aparılan yaralıya bədənin əzikləri diaqnozu qoyulub.
Ələt-Astara yolunda da bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzada 1993-cü il təvəllüdlü Bibişli İsak Təyyar oğlu ağır xəsarət alıb. Xəstəxanada həkim tərəfindən ona açıq kəllə-beyin travması diqanozu qoyulub. Hər üç faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button