Cəmiyyət

Azərbaycanda yeni milli parklar yaradılacaq

“İşğaldan azad olunmuş ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin bərpası bu gün aktualdır”.

Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

O bildirib ki, yeni tipli mühafizə olunan xüsusi təbiət ərazilərinin yaradılması üçün işlər gedir: “Məsələn, Zaqatalada belə yer yaradılacaq. Ölkənin müxtəlif istiqamətlərində bu cür ərazilərin yaradılması üçün araşdırmalar davam edir. İlkin olaraq yeni milli parklar və ya qoruqların yaradılması üçün bəzi versiyalar var. İlkin məqsəd azad olunmuş ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərini bərpa etməkdir”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button