İqtisadiyyat

Azərbaycanda yeni alüminium zavodu tiktiləcək

Alüminium sənayesinin inkişafı proqramı çərçivəsində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə və “Azəralüminium” MMC-nin direktoru Maksim Cavadov ilə Almaniyanın “Achenbach Buschhütten” şirkətinin icraçı direktoru Rolf Vilbers arasında yeni alüminium zavodunun tikintisi layihəsi istiqamətində daha bir görüş keçirilib.

“Azərbaycan Sənaye Korporasiyası” ASC-dən Trend-ə bildirilib ki, ən müasir texnologiyaları, nou-hauları özündə cəmləşdirən bu layihənin icrası nəticəsində isti yayma texnologiyasından istifadə etməklə nəqliyyat, maşın, avadanlıqlar və digər yüksək gəlirli sahələrdə tələb olunan geniş spektorlu alüminium məhsulları istehsal etmək mümkün olacaqdır. Layihənin texniki-iqtisadi əsaslandırması “Deloitte&Touche” şirkəti tərəfindən hazırlanmış və investisiya göstəriciləri müsbət olmuşdur.

Layihənin icrasına başlanılması ilə əlaqədar məsələlərin daha ətraflı şəkildə müzakirəsi, layihənin icra mərhələlərinin müəyyənləşdirilməsi, işlərin qrafik üzrə planlaşdırılması və digər layihə işlərinin icrası görüşün gündəliyində duran əsas məsələlərdəndir. Layihənin icrası yalnız alüminium sənayesinin inkişafı, gələcək investorların cəlb olunması, alüminum klasterinin yaranması baxımından deyil, eyni zamanda iki ölkə arasında olan dostluq münasibətlərinin daha da genişləndirilməsinə imkan yaradacaqdır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button