Cəmiyyət
Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilmir – rəsmi

Dünən Goranboyda zəlzələnin baş verməsi təbii hadisədir.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.
O qeyd edib ki, Azərbaycanda yeraltı təkanlar hər gün qeydə alınır.
“Ölkəmizdə qeydə alınan zəlzələrin çoxu hiss olunmur. Ölkəmizdə yaxın zamanlarda dağıdıcı zəlzələ ehtimalı yoxdur”, – deyə Q. Yetirmişli bildirib.
Qeyd edək ki, dünən yerli vaxtla saat 22:24-də Mingəçevir stansiyasından 25 km cənub-qərbdə Goranboy rayonunda zəlzələ qeydə alınmışdır. Zəlzələ hiss olunmayıb.