Cəmiyyət

Azərbaycanda vurulan vaksinlərin sayı 10,6 milyonu keçib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 37 057 vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4187, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5456 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 27 414 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 604 976, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 087 717, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 578 492 nəfər təşkil edir.

Ümumilikdə isə 938 767 buster doza vurulub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button