İqtisadiyyat

Azərbaycanda üç filiz yatağının istismarı ilə bağlı Türkiyə şirkətləri ilə müqavilə imzalanıb

Azərbaycanın “Qaşqaçay”, “Elbəydaş” və “Ağduzdağ” filiz yataqlarının geoloji öyrənilməsi və istismarı məqsədilə Türkiyənin bu sahədə aparıcı şirkətləri olan “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” ilə müqavilələr imzalanıb.
“APA-Economics” xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
Nazir atılan bu mühüm addımın işğaldan azad edilmiş ərazilərdə hasilat sənayesinin işə salınması, yüksək potensialı olan yataqların tədqiqi və dövriyyəyə cəlb edilməsində əhəmiyyətli rol oynamaqla, regionun iqtisadi reinteqrasiyasını sürətləndirəcəyinə inandığını qeyd edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button