Azərbaycanda tikinti materiallarının istehsalı artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 374,4 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 40,2% artıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 76,2%, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 83,1%, tikinti gipsinin istehsalı 33,7%, hörmə üçün hazır beton qarışığının istehsalı 41,6%, tikinti əhənginin istehsalı 29,6%, sementin istehsalı 8,4%, tikinti kərpicinin istehsalı 16,8% artıb, asfaltın istehsalı isə 43,3% azalıb.
Tikinti materiallarının istehsalı sahәsindә әsas mәhsul növlәrinin buraxılışı:
Mәhsul növlәri
2021-ci ilin yanvar-iyun aylarında istehsal edilib
Әvvәlki ilə nisbәtәn, faizlә
Sement, min ton
1 702,0
108,4
Tikinti gipsi, min ton
12,3
133,7
ondan әmtәәlik
12,3
136,7
Tikinti әhәngi, min ton
17,5
129,6
Sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәri, min ton
37,0
176,2
Betondan yığma tikinti konstruksiyaları, min kub metr
36,7
212,1
Asfalt, min ton
40,3
56,7
Tikinti kәrpici, min kubmetr
276,1
116,8
Hörmә üçün hazır beton qarışığı, min ton
1 230,1
141,6
Emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatlar, ton
18 601,2
183,1