İqtisadiyyat

Azərbaycanda taksi ilə sərnişindaşıma kəskin artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 713,6 mln. sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu göstərici 8,2% azalıb.
Hesabat dövründə sərnişinlərin 91,3%-i və ya 651,8 mln. avtobus, 8,7%-i və ya 61,8 mln. isə minik taksilərinin xidmətlərindən istifadə edib. Avtobusla daşınan sərnişinlərin sayı illik ifadədə 12,9% azalıb, taksidən istifadə edən sərnişinlərin sayı isə 2,1 dəfə artıb.
Hesabat dövründə avtomobil nəqliyyatı ilə sərnişin dövriyyəsi 8,1% azalıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button