Azərbaycanda sürücülərin yanacaq xərcləri apreldə 16 aylıq maksimuma çatıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılan avtomobil yanacağından (avtomobil benzini və dizel) əldə olunan gəlirlər 736,1 mln. manat təşkil edib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 0,2% artıb. Təkcə aprel ayında istehlakçılar yanacağa 222 mln. manat xərcləyiblər ki, bu da mart ayı ilə müqayisədə 15,9% çoxdur. Bu, 2019-cu ilin dekabr ayından (399 mln. manat) bəri qeydə alınan ən yüksək göstəricidir.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 6,1%-i avtomobil yanacağının alınmasına sərf olunub.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlirlər 2,041 mlrd. manat təşkil edib, bu da illik müqayisədə 12,5% azdır.
Əhalinin son on iki ayda yanacaq xərcləri:
Ay
Yanacağa xərclər, mln. manat
Aylıq dinamika
2020-ci il
Aprel
144,7
-15%
May
180,7
24,9%
İyun
180,8
0,1%
İyul
163,8
-9,4%
Avqust
179,1
9,3%
Sentyabr
171,2
-4,4%
Oktyabr
206,5
20,6%
Noyabr
160,4
-22,3%
Dekabr
171,7
7%
2021-ci il
Yanvar
172,1
0,2%
Fevral
150,5
-12,6%
Mart
191,5
27,2%
Aprel
222
15,9%