İqtisadiyyat

Azərbaycanda süni qiymət artımı üzərində monitorinq gücləndiriləcək

Azərbaycanın daxili bazarında süni qiymət artımı üzərində monitorinq gücləndiriləcək. Bu barədə 17-18 fevral tarixlərində baş nazir Əli Əsədovun sədrliyi ilə keçən Azərbaycan İqtisadi Şurasının növbəti iclasında bildirilib. 

İclasda minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması, həmçinin belə məhsulların yerli istehsalçılarının risklərinin azaldılması istiqamətində tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.

Əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsulları üzrə qiymət artımının tənzimlənməsi məsələsi nəzərdən keçirilib.

Eyni zamanda bu məhsullarla özünü təminetmə səviyyəsinin gücləndirilməsi, əhalinin istehlak etdiyi və emal sənayesində istifadə olunan əsas kənd təsərrüfatı məhsullarının istehsalın artırılması perspektivləri və proqnozları, o cümlədən bu kontekstdə çağırışlar geniş müzakirə olunub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button