İqtisadiyyat

Azərbaycanda startapların birbaşa dəstəklənməsinə dair razılıq əldə olunub

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar Agentliyi və “Azərbaycan Sənaye Korporasiyası” ASC ölkədə startap layihələrinə birbaşa dəstək göstərmək sahəsində razılıq əldə ediblər.
İnnovasiyalar Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, tərəflərin birgə əməkdaşlığına dair sənədi Agentliyin startaplara dəstək və akselerasiya şöbəsinin müdiri Murad Rəhimov və ASC-nin korporativ xidmətlər departamentinin direktoru Azad Aslanov imzalayıb. Belə ki, təsnifatlaşdırma prosesindən keçən və sənaye, kənd təsərrüfatı, xidmət sahələri üzrə ixtisaslaşan startaplar innovativ layihələrini “Azərbaycan Sənaye Korporasiyası”nın regionlardakı müvafiq istehsalat sahələrində təcrübə edərək sınaqdan keçirə biləcəklər.
Fəaliyyət planına əsasən birgə təlim və proqramların keçirilməsi, startap layihələrinin kommersiyalaşma səviyyəsinə çatdırılması, faydalı və texnoloji məlumatların açıq mübadiləsinin həyata keçirilməsi üçün məlumat bazasının yaradılması da əməkdaşlığın prioritet məqsədlərindəndir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button