Cəmiyyət

Azərbaycanda son sutkada koronavirusdan ölənlərin sayı azalıb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 468 943 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 427 493 nəfər müalicə olunaraq sağalıb, 6 251 nəfər vəfat edib, aktiv xəstə sayı 35 199 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 781, ötən müddət ərzində isə ümumilikdə 4 715 715 test aparılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button