Cəmiyyət

Azərbaycanda son sutkada koronavirusa 4 min 680 nəfər yoluxub – 27 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 min 680 yeni yoluxma faktı qeydə alınıb, 2 min 134 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, son sutka ərzində analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 703 min 334 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 648 min 512 nəfər müalicə olunaraq sağalıb, 8 min 898 nəfər vəfat edib. 45 min 924 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 442, bu günə qədər isə ümumilikdə 6 milyon 278 min 899 test icra olunub.

Son sutkada COVID-19-a qarşı 59 nəfər vaksinasiya olunub. Onlardan cəmi bir nəfər birinci mərhələ üzrə vaksinasiya olunub, ikinci mərhələ üzrə isə vaksinasiya olunanlar ümumiyyətlə qeydə alınmayıb.

Ölkədə buster doza üzrə vaksinlərin sayına gəlincə, bu göstərici 58-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 218 min 614, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 248 min 383, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 752 min 395 nəfər təşkil edir.

Ümumilikdə isə 2 milyon 217 min 836 buster doza vurulub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button