Cəmiyyət

Azərbaycanda son sutkada 865 nəfər COVID-19-a yoluxub – 16 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 865 yeni yoluxma faktı qeydə alınıb, 2044 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 787 367 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 769 746 nəfər müalicə olunaraq sağalıb, 9 454 nəfər vəfat edib, aktiv xəstə sayı 8 167 nəfərdir.

Ölkədə son sutka ərzində 8 487, hazırkı dövrədək isə 6 572 316 test aparılıb.

 

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button