Cəmiyyət
Azərbaycanda son sutkada 825 nəfər COVID-19-a yoluxub – 33 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 825 yeni yoluxma faktı qeydə alınıb, 1 283 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 199, ötən müddət ərzində isə ümumilikdə 5 449 379 test aparılıb.