Cəmiyyət
Azərbaycanda son sutkada 48 nəfər COVID-19-a yoluxub – 3 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 31 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Ölkədə son sutka ərzində 4481, hazırkı dövrədək isə 6 692 062 test aparılıb.