Cəmiyyət

Azərbaycanda son sutkada 42 nəfər COVID-19-a yoluxub – ölüm qeydə alınmayıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 42 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, son sutkada COVID-19-la bağlı ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 061 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 023 nəfər müalicə olunaraq sağalıb, 9 697 nəfər vəfat edib, aktiv xəstə sayı 341 nəfərdir.

Ölkədə son sutka ərzində 4 048, hazırkı dövrədək isə 6 714 357 test aparılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button