Cəmiyyət

Azərbaycanda son sutkada 369 nəfər COVID-19-a yoluxub – 17 nəfər vəfat edib

Yaxın günlərdə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş keçmiş baş prokuror Eldar Həsənovun apellyasiya şikayətinə baxılacaq. virtualaz.org-un xəbərinə görə, vəzifə saxtakarlığı və digər ağır cinayətlərdə təqsirləndirilərək 10 il azadlıqdan məhrum edilən sabiq səfirin apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.

Şikayətə Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmar Rəhimovun sədrliyi ilə martın 10-da baxılacaq.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldar Həsənov 3 il vəzifə tutmaq qadağan edilməklə 10 il azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə onun bütün əmlakı müsadirə edilib. E.Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button