Cəmiyyət

Azərbaycanda son sutkada 2001 nəfər yoluxub -19 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2001 yeni yoluxma faktı qeydə alınıb, 2145 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 558 431 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 520 250 nəfər müalicə olunaraq sağalıb, 7416 nəfər vəfat edib, aktiv xəstə sayı 30 765 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13099, ötən müddət ərzində isə ümumilikdə 5 347 509 test aparılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button