Cəmiyyət
Azərbaycanda son sutkada 1855 nəfər COVID-19-a yoluxub – 27 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1855 yeni yoluxma faktı qeydə alınıb, 2199 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9002, ötən müddət ərzində isə ümumilikdə 5301252 test aparılıb.