Cəmiyyət
Azərbaycanda son sutkada 1763 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 763 yeni yoluxma faktı qeydə alınıb, 2 499 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 271, ötən müddət ərzində isə ümumilikdə 5 431 440 test aparılıb.