Cəmiyyət

Azərbaycanda son sutkada 1310 nəfər yoluxub – 24 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1310 yeni yoluxma faktı qeydə alınıb, 1445 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 548 591 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 509 201 nəfər müalicə olunaraq sağalıb, 7 293 nəfər vəfat edib, aktiv xəstə sayı 32 097 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 034, ötən müddət ərzində isə ümumilikdə 5 292 250 test aparılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button