Cəmiyyət
Azərbaycanda son sutkada 11 nəfər koronavirusa yoluxub – 1 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən bir nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 792 545 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 728 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 108 nəfər aktiv xəstə sayını təşkil edib.