Cəmiyyət

Azərbaycanda son 24 saatda 1068 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 068 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

Son sutkada koronavirus (COVID-19) əleyhinə 8 min 471 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 722, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 773, buster doza üzrə vaksinasiya olunanların sayı isə 26 min 976 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 milyon 765 min 37, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 209 min 461, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 milyon 724 min 359, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 milyon 831 min 217 təşkil edir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button