İqtisadiyyat
Azərbaycanda son 15 ayda 4,8 mindən çox kreditə subsidiya verilib

© APA | Mikayıl Cabbarov
Ötən ilin iyun ayından bu ilin oktyabr ayınadək kredit faizlərinin subsidiyalaşdırılması ilə bağlı 6 007 müraciət daxil olub və bunlardan 4 849-na subsidiya verilməsi barədə müsbət qərar qəbul edilib.
“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
Nazir qeyd edib ki, təsdiqlənmiş faiz subsidiyasının məbləği 61,7 mln. manatdır.