İqtisadiyyat

Azərbaycanda sentyabrda sabit internetin sürəti azalıb

Bu ilin sentyabr ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 40,69 Mbit/s təşkil edib.
“APA-Economics” “Ookla”nın “Speedtest Global Index”in məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici avqust ayı ilə müqayisədə 3,6% artıb. 2021-ci ilin sentyabrında ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti avqust ayının göstəricisi ilə müqayisədə 3,8% artaraq 15,39 Mbit/s olub.
Qeyd edək ki, dünya üzrə mobil trafikinin giriş və çıxış sürəti isə müvafiq olaraq 63,15 Mbit/s və 13,37 Mbit/s təşkil edib. Sentyabr ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 138 ölkə arasında 2 pillə geriləyərək 64-cü yerdə qərarlaşıb.
Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə BƏƏ (238,06 Mbit/s), Cənubi Koreya (202,61 Mbit/s) və Norveç (177,72 Mbit/s) daxil olub.
Reytinqə əsasən, bu ilin sentyabr ayında Azərbaycanda stasionar genişzolaqlı internet trafikinin giriş sürəti 25,10 Mbit/s, çıxış sürəti isə 26,88 Mbit/s təşkil edib. Bu göstəricilər avqust ayı ilə müqayisədə müvafiq olaraq 1 və 1,3% azalıb.
Sentyabr ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 181 ölkə arasında 3 pillə geriləyərək 127-cü yerdə qərarlaşıb.
Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkə Monako – 261,82 Mbit/s, Sinqapur – 255,83 Mbit/s və Honkonq (SAR) – 254,70 Mbit/s olub. Sentyabrda qlobal sabit internetin giriş və çıxış trafikinin orta sürəti isə müvafiq olaraq 113,25 Mbit/s və 62,45 Mbit/s təşkil edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button